Modern.az

Pandemiyanın ağır təsirləri - insan itkisi

Pandemiyanın ağır təsirləri - insan itkisi

Aktual

15 Sentyabr 2020, 13:56

Yalnız ümumi inkişaf zəncirinin əsas həlqələri olan "Ailə - Cəmiyyət - Dövlət " üclüyünün vəhdətindən yaranan yeni insan potensialı Yeni Azərbaycan quruculuğunun təminatcısı olmaq rolunu yerinə yetirə bilər.

 

Əziz dostlar, hörmətli izləyicilər!

 

Bu gün ölkəmizdə dərs ilinin ilk günüdür.

 

Pandemiyanın ağır təsirləri - insan itkisi, iqtisadi geriləmə və sosial cətinliklərə rəğmən, cənab prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə inkişaf və cicəklənmənin əsasmtəminatı kimi təhsil və tədrisin yeni şəraitə uyğun şəkildə təşkil olunması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir.
Artıq bütün təhsil ocaqları bu gün öz qapılarını təhsilalanların üzünə acmağa tam hazırdır.

 

Ölkəmizin gələcək inkişafını təmin etmək üçün mükəmməl intelektual bazanın formalaşması işinə qoyulan investisiyalar dövlətimizin təhlükəsizliyinə və xalqımızın rifahına yatırım deməkdir.

 

Bu məqsədə catmaq ücün dölətimizin və cəmiyyətimizin milli ruhlu, ənənəvi dəyərlər əsasında vətənpərvər, məsuliyyətli vətəndaş formalaşmasına və hərtərəfli şəxsiyyət kimi yetişdirilməsinə olan ehtiyaclarını yalnız güclü maddi texniki bazaya, yüksək təhsilvermə imkanlarına malik təhsil müəssisələri ödəyə bilər.

 

Ümumi inkişaf zəncirinin əsas həlqələri olan "Ailə - Cəmiyyət - Dövlət " üclüyünün vəhdətindən yaranan yeni insan potensialının Yeni Azərbaycan quruculuğunun təminatcısı olmaq rolunu yerinə yetirməsinə isə məhz bu əsaslarda nail oluna bilər.

 

Bu vacib və əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi işində hər birimizə uğur arzulayır, hamınızi yeni dərs ilinin başlanması nünasibətilə təbrik edirəm !!!

 

Bahar Muradova,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV