Modern.az

Deputat Tahir Mirkişili seçiciləri qəbul edib - FOTO

Deputat Tahir Mirkişili seçiciləri qəbul edib - FOTO

Aktual

15 Sentyabr 2020, 16:18

Bu gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində deputat Tahir Mirkişili 42 saylı dairənin seçiciləri ilə qəbul keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə Sumqayıt şəhər icra hakimiyyətinin 1-ci müavini Teymur Səmədov da iştirak edib.

 

Qəbul zamanı seçicilərin müraciət və təkliflərini dinlənilib, onların problemləri ilə maraqlanılıb. Müraciətlər əsasən məşğulluq, hüquqi yardım, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.

 

Müraciətlərin bir hissəsi yerində həll edilib, digərləri isə araşdırma aparılmaq üçün nəzarətə götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...