Ölkә әhalisinin sayı ilin әvvәlindәn 33514 nәfәr vә ya 0,3 faiz artaraq 2020-ci il avqust ayının 1-i vәziyyәtinә 10100622 nәfәrә çatıb.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin ümumi sayının 52,8 faizini şәhәr, 47,2 faizini kәnd sakinlәri, 49,9 faizini kişilәr, 50,1 faizini isә qadınlar tәşkil edir. Bir kvadrat kilometrә düşәn әhalinin sayı 117 nәfәr olub.