Modern.az

“Molde” çox intizamlı komandadır” - Qurban Qurbanov

“Molde” çox intizamlı komandadır” - Qurban Qurbanov

Aktual

15 Sentyabr 2020, 20:47

"Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil".

Modern.az xəbər verir ki, məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində sabah Norveç "Molde"si ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, bir neçə futbolçunun mikrozədəsi var: "Bu, bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir".

Onun sözlərinə görə, rəqib də turnirə çox ciddi hazırlaşır: "Çox intizamlı komandadır. "Molde" fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik".

Qeyd edək ki, sabah Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV