Modern.az

Türkiyədə son sutkada daha 67 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada daha 67 nəfər koronavirusdan öldü

Aktual

15 Sentyabr 2020, 21:04

Türkiyədə son sutka ərzində daha 67 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 186  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 110 412  nəfərdən 1 742-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  294 620  nəfərə çatıb.

Müalicə olunan 1 202  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 261 260  nəfər təşkil edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...