Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 921 nəfər test edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək ölkədə 1 020 029 nəfər koronavirusa qarşı test edilib.
Son bir sutkada ölkədə 114 yeni yoluxma, 2 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 38 517 nəfər virusa yoluxub, 566 nəfər ölüb, 35 998 nəfər isə sağalıb. Son sutka ərzində 138 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 1 953 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 111 nəfər müalicə alır, 10 nəfər isə süni tənəffüs cihazına qoşulub.