Modern.az

Qonaq gedərkən qəzaya düşdülər

Qonaq gedərkən qəzaya düşdülər

Aktual

15 Sentyabr 2020, 22:36

Ağdaşda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Mürsəlov Aydın Mürsəl oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Qonaq gedərkən qəzaya düşən sürücü və sərnişinləri - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Ələkbərov Emin Ramazan oğlu, 1959-cu il təvəllüdlü Gülməmmədova Ayşən İlham qızı, 1991-ci il təvəllüdlü Kərimov Rafiq Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Ağdaş və Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV