Modern.az

Koronavirusa görə məktəbə gedə bilməyən şagirdlərin sayı açıqlandı

Koronavirusa görə məktəbə gedə bilməyən şagirdlərin sayı açıqlandı

Aktual

15 Sentyabr 2020, 23:42

BMT pandemiyaya görə təhsil ala bilməyən uşaqların sayından narahatdır.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun icraçı direktoru Henrietta For bildirib.

Forun sözlərinə görə, dünyanın 52 ölkəsində təhsil ala bilməyən uşaqların ümumi sayı 870 milyon nəfərdən çoxdur:

"Bu gün koronavirusun yayılmasının başlanğıcından 9 ay keçəndən sonra 872 milyon şagird, yəni demək olar ki, ümumi miqdarın yarısı 51 ölkədə hələ siniflərə qayıtmaq imkanlarına malik deyil. Uşaqlar nə qədər məktəbdən kənar qalsalar, onların dərslərə qayıtma şansları o qədər az olacaq".


O, eyni zamanda məktəbə getməyən uşaqların hamısının məsafədən təhsil almaq imkanına malik olmadığını və məktəb davamiyyətinin bir sıra şagirdlər üçün yalnız təhsil baxımından deyil, həm də immunlaşdırma və isti yemək almaq baxımından vacib olduğunu qeyd edib.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV