Modern.az

Tərtərdə yük maşını atlını vurub qaçdı: 1 ölü

Tərtərdə yük maşını atlını vurub qaçdı: 1 ölü

Aktual

16 Sentyabr 2020, 00:43

Tərtər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun "Dörd yol qəsəbəsi" adlanan hissəsində qeydə alınıb.

Bərdə rayonunun Xanərəb kənd sakini, 27 yaşlı Süleymanov Asif Şəmi oğlu atla hərəkətdə olduğu zaman yük maşını onu vuraraq qaçıb. Yaralını yaxınları Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, A.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV