Modern.az

Cənub zonasında leysan yağb - FAKTİKİ HAVA

Cənub zonasında leysan yağb - FAKTİKİ HAVA

Aktual

17 Sentyabr 2020, 12:50

Faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az xəbər verir ki,  sentyabr 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

 

Düşən yağışın miqdarı Astarada 27, Lənkəranda 16, Zaqatalada 8, Yardımlıda 5, Ağdamda 4, Lerikdə 3, Sarıbaşda (Qax) 1 mm olub.

 

Lerik, Sarıbaş, Şahdağ, Qrızda duman müşahidə olunub. 

 

Havanın temperaturu iqlim normasından 3.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, aran rayonlarında 29-33, dağlıq rayonlarda 20 dərəcəyədək, Naxçıvan MR-da 27-33 dərəcə  isti təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV