Azərbaycanın daha bir klubu avrokuboklarda mübarizəni dayandırıb.
Modern.az xəbər verir ki, “Sumqayıt” və “Keşlə”nin ardınca “Neftçi”nin də qitə səhnəsində çıxışı başa çatıb.
Azərbaycanın ən titullu klubu Avropa Liqasının II təsnifat mərhələsində dayanıb. Öncəki raundda Şimali Makedoniyanın “Şkupi” klubunu 2:1 hesabı ilə məğlub edən Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda bu gün Türkiyə təmsilçisi “Qalatasaray”la üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaqların üstünlüyü ilə keçib. Bu üstünlük hesabda da öz əksini tapıb. Düzdür, ilk yarıda qol buraxan “ağ-qaralar” fasilədən sonra hesabda tarazlıq yaradıb. Amma türkiyəlilər bərabərliyin uzun sürməsinə imkan verməyərək qarşılaşmanı öz xeyrinə başa vurub – 3:1.
21:30
“Qalatasaray” oyunun 48-ci dəqiqəsində yenidən hesabda önə keçib. Bu dəfə Kristian Luyindama fərqlənib - 1:2
21:10
"Neftçi"-“Qalatasaray” oyununda daha bir qol vurulub.
Modern.az xəbər verir ki, oyunun 46-cı dəqiqəsində "Neftçi"nin oyunçusu Mamadu Mbodj hesabı bərabərləşdirib: 1:1
21:03
"Neftçi"-“Qalatasaray” oyununda hesab açıldı.
Modern.az xəbər verir ki, oyunun 19-cu dəqiqəsində "Qalatasaray"ın oyunçusu Mbaye Diaqne fərqlənib.
20:19
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda "Neftçi"-“Qalatasaray” oyunu başlayıb.
Modern.az xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Kevin Klensidir. Ona həmyerliləri Devid Makqişi və Qrem Stüart kömək edirlər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirir.
“Neftçi” indiyədək “Qalatasaray” ilə iki dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. 1960-cı ildə Bakıda keçirilən birinci görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.
18:58
“Neftçi” bu gün avrokuboklarda növbəti matçını keçirəcək.
Modern.az xəbər verir ki, bakılılar II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.
Avropa Liqası
II təsnifat mərhələsi
17 sentyabr
20:00. “Neftçi” – “Qalatasaray”
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu
"Neftçi": 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 10. Saman Nərimancahan, 7. Namik Ələskərov, 24. Yusuf Laval, 13. Prins İbara
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Rener Alves De Souza, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tallison Dias
"Qalatasaray": 99. Fatih Öztürk, 14. Martin Linnes (k.), 45. Markao, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 4. Taylan Antalyalı, 54. Emre Kılınc, 8. Rayan Babel, 10. Yunes Belhanda, 19. Ömer Bayram, 90. Mbaye Diaqne
Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Omar Elabdullaui, 9. Radamel Falkao, 15. Rayan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli