Modern.az

Türkiyə Futbol Federasiyası AFFA-ya təşəkkür etdi

Türkiyə Futbol Federasiyası AFFA-ya təşəkkür etdi

Aktual

17 Sentyabr 2020, 19:23

Türkiyə Futbol Federasiyası (TFF) inzibati binasında Azərbaycanla yanaşı, Türkiyənin bayrağını da asan AFFA-nın bu addımına biganə qalmayıb.

 

Modern.az  xəbər verir ki, TFF rəsmi "Twitter" hesabı vasitəsilə milli assosiasiyaya təşəkkür edib.

 

Paylaşımda bu sözlər qeyd olunub: "Təşəkkürlər, qardaş! "Neftçi" - "Qalatasaray" oyunu öncəsi binasındakı Azərbaycan bayrağının yanına türk bayrağını da asan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına göstərdiyi qardaşlıq üçün təşəkkür edirik".

 

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?