Modern.az

Kiyevdə bazarda əməliyyat: azərbaycanlılar saxlanıldı - Video

Kiyevdə bazarda əməliyyat: azərbaycanlılar saxlanıldı - Video

Aktual

17 Sentyabr 2020, 19:31

Ukraynanın təhlükəsizlik qüvvələri Kiyevdə azərbaycanlıların da işlədiyi “Stoliçnıy” bazarında əməliyyat keçirib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 150-dən çox bazar işçisinin yoxlanıldığı əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Onlar Azərbaycan, Özbəkistan və digər ölkələrin vətəndaşlarıdır.

 

“15 əcnəbi vətəndaş Ukraynanın İnzibati Xətalar Məcəlləsinin 203-cü maddəsi ilə mühakimə olunublar. Onlardan 6-sı ölkədən deportasiya olunacaq. 3 əcnəbilər üçün müvəqqəti saxlama mərkəzinə köçürüləcək”, - deyə Ukraynanın Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

 

Saxlanılanların bir qismi isə 75 min qrivendən çox cərimələniblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV