Modern.az

Türkiyədə koronavirusdan daha 66 nəfər öldü

Türkiyədə koronavirusdan daha 66 nəfər öldü

Aktual

17 Sentyabr 2020, 21:46

Türkiyədə son sutka ərzində daha 66  nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 315  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 109 985  nəfərdən 1 648-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı 298 039  nəfərə çatıb.
Müalicə olunan 1 143 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 263 745  nəfər təşkil edir".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV