Gürcüstanda koronavirusa yoluxma hallarında artım olmasına baxmayaraq, hökumət ölkə ərazisində ciddi karantin rejimi və digər sərt məhdudiyyətlər tətbiq etməyəcək.
Modern.az xəbər verir ki, bu fikri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria söyləyib.
Azərtac-ın məlumatına görə, Baş Nazir pandemiya ilə əlaqədar bəzi lokal məhdudiyyətlər ola biləcəyini istisna etməyib: “Lakin sərt və sistemli məhdudiyyətlər olmayacaq. Hazırda bizim üçün əsas prioritet iqtisadiyyatın sürətli bərpası və vətəndaşların sağlamlığını qorumaqdır. Biz epidemioloqlarla birlikdə virusun yayılmasının qarşısını almaq və iqtisadiyyatı inkişaf etdirmək istiqamətində çalışacağıq”.