Modern.az

Azərbaycan şahmatçıları məğlub oldu

Azərbaycan şahmatçıları məğlub oldu

Aktual

17 Sentyabr 2020, 23:40

Bu gün Azərbaycan və Qazaxıstan şahmatçıları arasında onlayn formatda yoldaşlıq görüşü keçirilib.

Modern.az xəbər verir ki, turnirdə iki ölkənin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak ediblər.

Komandamızın heyətində Xəzər Babazadə, Mələk İsmayıl, Şiroğlan Talıbov, Aysel Cəfərova, Fərid Orucov, Nərmin Abdinova, Cahandar Azadəliyev, Lalə Hüseynova, Yusif Babayev, Nuray Məmmədli mübarizə aparıblar.

“Lichess.org” platforması vasitəsilə keçirilən oyunlarda yekun nəticəyə görə, komandamız Qazaxıstan şahmatçılarına 151:122 hesabla məğlub olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV