Modern.az

Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi

Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi

Aktual

18 Sentyabr 2020, 10:33

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızının Modern.az-a verdiyi məlumata əsasən, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

18, 20 və 22 may tarixlərində Rotterdamda keçiriləcək "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV