Azərbaycanda bu ildən fəaliyyətə başlayan “Google” şirkətinin Proqramçı Tələbələr Klubu ("Developer Students Clubs") Qərbi Kaspi Universitetində yaradılıb.
Modern.az xəbər verir ki, universitetin 4-cü kurs tələbəsi Azər Nemanlı, “Google” şirkətinin Proqramçı Tələbələr Klubu proqramına Klubun yerli bölməsinin rəhbəri olaraq qəbul olunub. Həmçinin Azər “Google Developer Group Bakı” üzrə təşkilatçı komandasının üzvüdür. Bununla yanaşı, o, bu ildən artıq Azərbaycanda formalaşdırılacaq Proqramçı Tələbələr Klubunun ölkə üzrə təşkilati işlərinə nəzarət edəcək.