Milli Məclisin deputatı Azər Kərimli Aprel döyüşlərinin qazisi Ayaz Cumayevin dünyaya gələn övladlarının evində ötən il çəkdirdiyi şəkili Facebook səhifəsində paylaşıb.
Modern.az xəbər verir ki, qazi Ayaz Cumayevin ötən il dünyaya gələn üçəmlərinin bu gün bir yaşları tamam olub. Üçəmlərdən biri oğlan, ikisi isə qızdır. Deputat Azər Kərimli uşaqları ötən il evlərində ziyarət edib.
Qeyd edək ki, Ayaz Cumayev Qaxın Sodavar kəndində doğulub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2016-cı ilin aprel döyüşlərində sinəsindən güllə yarası alıb. Belə ki, güllə qazinin sinəsindən dəyərək ağ ciyərini zədələyib.