Modern.az

Hava küləkli olacaq

Hava küləkli olacaq

Aktual

18 Sentyabr 2020, 13:17

Sabahın hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz  24-27, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 60-70, gündüz 40-45 faiz  olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclü olacaq.

 

Havanın temperaturu  gecə 17-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz  14-18 dərəcə  isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoz:

 

Sentyabrın 19-da gündüz Abşeron yarımadasında qısamüddətli xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV