Modern.az

Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olundu

Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olundu

Aktual

18 Sentyabr 2020, 13:35

“Rusiya kommunistləri” partiyası SSRİ-nin rəhbərlərindən biri Leonid Brejnevin Nobel sülh mükafatına namizədliyini irəli sürmək üçün müraciət edib.

 

Modern.az-ın məlumatına görə, partiya mükafatın alınması ilə bağlı hazırkı qaydaların dəyişdirilməsini təklif edib. Qeyd edək ki, mövcud qaydalara görə, mükafatı yalnız həyatda olan şəxslər ala bilər.

 

Müraciətdə qeyd olunur ki, L.Brejnev nüvə silahının azaldılması, Helsinki sazişi, AFR və ADR-in qarşılıqlı tanınması kimi məsələlərdə böyük rol oynayıb.

 

L.Brejnev 1966-cı ildən 1982-ci ilədək SSRİ-nin rəhbəri olub.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV