Modern.az

Gəncədə gənc oğlan bıçaqlanıb

Gəncədə gənc oğlan bıçaqlanıb

Aktual

19 Sentyabr 2020, 21:44

Gəncə şəhərində gənc oğlan bıçaqlanma baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin şərti olaraq "Komsomol" adlanan ərazidə qeydə alınıb.

Gənc oğlan qarın nahiyəsindən iki bıçaq xəsarəti alıb, xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır. (Report)

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?