Modern.az

Sumqayıtda 16 yaşlı gənc itkin düşdü - FOTO

Sumqayıtda 16 yaşlı gənc itkin düşdü - FOTO

Aktual

25 Sentyabr 2020, 00:13

Sumqayıtda 16 yaşlı Kərimov Əli Fariz oğlu sentyabrın 19-da səhər saatlarında 76-cı məhəllədə yaşadığı evdən naməlum istiqamətə çıxaraq bir daha geri qayıtmayıb.

Modern.az xəbər verir ki, Ə.Kərimov 168 sm boyunda, arıq bədən quruluşlu, qarabəniz, sifəti uzunsov, saçları qısa və şabalıdı rəngdə, gözlərinin rəngi isə yaşıldır.

O, evdən çıxarkən əynində tünd göy rəngli cins şalvar, tünd yaşıl rəngli qısaqol köynək, ayağında isə  göy rəngli “makasin” ayaqqabı olub.

Bu gənci görən şəxslərdən Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə və ya (018) 65 4-02-02, (018)  65 5 -76 -65,  050 384 -84-99  telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV