Modern.az

ABŞ-nin Yaxın Şərq dövrü bitir - TƏHLİL

ABŞ-nin Yaxın Şərq dövrü bitir - TƏHLİL

Dünya

Bu gün, 17:15

ABŞ-nin Yaxın Şərqdəki hökmranlığı sona çatır?

ABŞ-nin Yaxın Şərqdəki üstün mövqeyinin ciddi təzyiq altındadır.

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliyinin “The National” nəşrində dərc olunan təhlildə bildilir. 

Qeyd edilib ki, İran müharibəsi zamanı çoxsaylı ABŞ hərbi obyektlərinin zərər görməsi və Vaşinqtonun regiondakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi mövcud təhlükəsizlik vəziyyətinin nə qədər kövrək olduğunu da üzə çıxarıb. Təhlilə görə, region 1956-cı il Süveyş böhranından 70 il sonra yeni tarixi dönüş nöqtəsindədir.

1956-cı ildə İngiltərə və Fransanın yerini ABŞ tutdu

Təhlildə xatırladılır ki, 1956-cı ildə Misir Prezidenti Camal Əbdünnasirin Süveyş kanalını milliləşdirməsi müstəmləkəçi güclərin hərbi müdaxiləsinə səbəb olmuşdu. İsrailin Sinay yarımadasını işğal etməsindən sonra İngiltərə və Fransa da Misirə hücum etmişdi. Lakin ABŞ Prezidenti Duayt Eyzenhauerin təzyiqi nəticəsində hər üç ölkə geri çəkilməli olmuşdu. Misir kanal üzərində suverenliyini qoruyub saxladı, İngiltərə və Fransanın regiondakı üstünlüyü isə zəiflədi. Onların yerini tədricən Vaşinqton tutdu.

İsrailin əməliyyatları və üçtərəfli işğal planı

Təhlildə İsrailin 1953-cü ildən etibarən müdafiə konsepsiyasını hücum xarakterli hərbi əməliyyatlar istiqamətində dəyişdirdiyi vurğulanır. Yazıda bildirilir ki, 1954-cü ildə həyata keçirilən “Susannah” əməliyyatı zamanı İsrail kəşfiyyatı Misirdə Qərb obyektlərinə qarşı partlayışlar törədərək hadisələrin məsuliyyətini misirli qrupların üzərinə atmağa çalışıb. Bu hadisədən sonra İsrail, İngiltərə və Fransa gizli protokol çərçivəsində Misirə hücum edib. Həmin dövrdə bu plan müstəmləkəçi müdaxilənin əsaslandırılması üçün də istifadə olunub.

İran müharibəsi ABŞ-nin hərbi üstünlüyünü sual altına aldı

Təhlilə görə, 2026-cı il İran müharibəsi Vaşinqtonun hərbi üstünlüyünün regionda təhlükəsizliyə zəmanət vermək üçün kifayət etmədiyini göstərib. İranın cavab zərbələri nəticəsində çoxsaylı ABŞ hərbi obyektlərinin ciddi zərər görməsi və regiondakı hərbi qüvvələrin gələcək yerləşdirilməsi ilə bağlı müzakirələrin başlanması mövcud müttəfiqlik sisteminin yaratdığı xərcləri üzə çıxarıb.

ABŞ-nin 2026-cı il Milli Müdafiə Strategiyası da Yaxın Şərqdəki müttəfiqlərinin üzərinə daha çox müdafiə məsuliyyəti qoyur.

“Regionun öz suverenliyi”

Təhlilin yekun hissəsində xəbərdarlıq edilir ki, Amerikanın üstünlüyünün sona çatması özlüyündə Yaxın Şərq xalqlarına azadlıq gətirməyəcək. Yazıda Misir, Türkiyə, İran, İsrail və Körfəz ölkələrinin artıq öz strateji güclərinə malik olduğu bildirilir. Qeyd olunur ki, yeni dünya nizamı başqa bir dövlətin region üzərində hökmranlığına deyil, ölkələrin öz gücünə və suverenliyinə əsaslanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı