Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən "PUB"- da qeydə alınıb.
Belə ki, obyekt sahibi Aqşin Kərimlinin APA-ya verdiyi məlumata görə, yanğına səbəb mətbəxdə yerləşən məişət avadanlığında baş verən qısaqapanma olub.
Nəticədə içəridə yanğın başlayıb. Müştərilər dərhal təxliyə edilib.
Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin əməkdaşları cəlb edilib.