Modern.az

2035-ci ildən benzinlə işləyən avtomobillərin satışı qadağan olunacaq

2035-ci ildən benzinlə işləyən avtomobillərin satışı qadağan olunacaq

Aktual

25 Sentyabr 2020, 08:24

ABŞ-ın Kaliforniya ştatında 2035-ci ildən etibarən benzinlə işləyən yeni minik avtomobillərinin satışı qadağan ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

 

Dövlət orqanları məhz bu vasitə ilə atmosferə atılan zərərli tullantılarla mübarizə aparmaq niyyətindədirlər.

 

2045-ci ilə qədər isə qadağa yük maşınlarına da şamil ediləcək.

 

Bununla belə, Kaliforniya sakinlərinin daxili yanma mühərriki ilə işləyən avtomobilləri almasına və satmasına qadağa qoyulmayacaq.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV