Modern.az

Deputat: "İlham Əliyevin BMT-ki çıxışı beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə seyrçi qalmamağa çağırış idi"

Deputat:

Aktual

26 Sentyabr 2020, 13:21

 "BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında, eləcə də, sessiyanın ümumi debatlarında Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdıran Azərbaycan prezidenti İlham Əliyev diqqəti daha çox beynəlxalq qurumların Ermənistanın işğalçı siyasətinə biganə yanaşmasına yönəldib".

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

 

Deputat qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə 30 ildir məhəl qoymur:

 

“Hesab edirəm ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. İlham Əliyev BMT tribunasından Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti apardığını da iclas iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur”.

 

Məşhur Məmmədovun fikrincə, Azərbaycan Prezidentinin çıxışı beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli tədbirlər görməyə, baş verənlərə seyrçi qalmamağa çağırış idi:

 

"Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada