Modern.az

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” yeni layihəyə start verib

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” yeni layihəyə start verib

Aktual

13 Sentyabr 2020, 15:52

Müasir dövrdə Azərbaycan Respublikasında Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisas­laş­dırılmış tədqiqatların və onların hüquqi təminatı barədə rəy sorğularının aparıl­ması layihəsinin icrasına başlanılıb.

 

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı ikinci müsabiqədə iştirak edib və «Müasir dövrdə Azərbaycan Respublikasında Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisas­laş­dırılmış tədqiqatların və onların hüquqi təminatı barədə rəy sorğularının aparıl­ması» adlı layihəsinin qalibi olub.  

 

Modern.az xəbər verir ki, bu layihə dünyanın demokratik inkişaf mərhə­ləsi yaşayan əksər ölkələri kimi, Azərbaycanın da müstəqil dövlət olaraq qarşısında duran vacib problemlərdən biri korrupsiya və rüşvətxorluğa qarşı mübarizədir.

Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə gedən sürətli sosial-iqtisadi inkişafa, demokratik dəyərlərin, insan hüquqlarının və azadlıqlarının bərqə­rar olmasına baxmayaraq, bir çox rəsmi tədbirlərdə, əhali ilə görüşlərində iqtisa­diyyatdakı inhisarçılıq meyllərinin qarşısını almağı, azad rəqabət mühitinin yara­dıl­masını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqan­ları tərə­findən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahə­lərində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə apar­mağı dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib.

 

«Müasir dövrdə Azərbaycan Respublikasında Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisas­laş­dırılmış tədqiqatların və onların hüquqi təminatı barədə rəy sorğularının aparıl­ması» adlı layihənin icrası dövründə “Müasir dövrdə Azərbaycan Respublikasında korrup­si­ya­nın səviyyəsinin öyrənilməsinə dair ixtisas­laş­dı­rıl­mış təd­qi­qatların aparılması və onların hüquqi təmi­natı” adlı xüsusi Azərbaycan dilində kitab nəşr olunması plan­laşdırılır.  

 

Layihənin müddəti 01.09.2020 – 01.12.2020-ci il tarixinədək (3 ay) dövrü əhatə edir. Layihənin əsas məqsədləri və vəzifələri aşağıdakılardır:

 

Layihənin icra müddəti ərzində paytax­tımızda (Bakı şəhəri) və regionda (İsmayıllı rayo­nu) keçiriləcək tədbirlərin Azərbaycan xalqının inkişafında müsbət təsiri olacaqdır.

 

Layihənin icrası zamanı həyata keçirilmiş işlər haqqında təşkil olunmuş müvafiq yer­də yekun iclas keçiriləcək və müvafiq dövlət strukturlarının və KİV-lərin nü­ma­yən­dələri, digər şəxslər dəvət olunacaqdır. Müvafiq sənədlər və materiallar top­la­na­raq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təş­kilat­la­rı­na dövlət dəstəyi şurasına hesabat təqdim ediləcəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV