Modern.az

Azərbaycan iqtisadi möcüzələr ölkəsidir

Azərbaycan  iqtisadi möcüzələr ölkəsidir

Aktual

7 Sentyabr 2012, 17:16

Vüqar Rəhimzadə,
«İki sahil» qəzetinin baş redaktoru

Azərbaycanın dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatını təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri  tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, Dün­ya İq­ti­sa­di Fo­ru­mu­nun 2012-2013-cü il üz­rə «Dün­ya Rə­qa­bət­li­lik He­sa­ba­tı»nda Azər­bay­can rə­qa­bət­li­lik rey­tin­qi­nə gö­rə 144 döv­lət ara­sın­da 46-cı yer­də qə­rar­laşıb. 2011-2012-ci il he­sa­ba­tın­da isə öl­kə­miz 142 öl­kə ara­sın­da 55-ci yer tut­muş­du. Qlo­bal iq­ti­sa­diy­ya­tın böh­ran döv­rü­nü ya­şa­dı­ğı və yük­sək rə­qa­bət mü­hi­ti ilə sə­ciy­yə­lə­nən bir za­man­da Azər­bay­ca­nın 9 pil­lə irə­li­lə­mə­si və dün­ya­nın 50 ən rə­qa­bət­qa­bi­liy­yət­li iq­ti­sa­diy­ya­tı sı­ra­sı­na da­xil ol­ma­sı öl­kə­də apa­rı­lan məq­səd­yön­lü so­si­al-iq­ti­sa­di in­ki­şaf si­ya­sə­ti­nin əya­ni gös­tə­ri­ci­si və öl­kə­mi­zin bey­nəl­xalq nü­fu­zu­nun art­ma­sı­nın nü­mu­nə­si ki­mi dəyərləndirilir.

Uğurlarımız ölkəmizin qarşısında yeni üfüqlər açır

Dövləti dünyada tanıdan, yeri və rolunu möhkəmləndirən düşünülmüş siyasətə əsaslanan seçdiyi yoldur. Yenicə müstəqillik qazanmış hər bir dövlətin qarşısında müxtəlif istiqamətli yollar dayanır. Bu yolun düzgün müəyyənləşdirilməsi isə ölkəyə rəhbərlik edən şəxsin idarəçilik qabiliyyətindən, siyasi təcrübəsindən, biliyindən asılıdır. Azərbaycan müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından xaos, anarxiya, iqtisadi tənəzzül dövrünü yaşasa da, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düzgün seçdiyi yolla irəliləməyə başladı.  İqtisadiyyatı hər bir ölkənin təməl daşı kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev  uğurlu neft strategiyasını həyata keçirməyə başladı, bununla da gələcək iqtisadi-siyasi inkişafın təməlini qoydu. Azərbaycanın bu gün dünyada sabitlik diyarı,  iqtisadi möcüzələr ölkəsi, yeni iqtisadi və sosal çağırışların müzakirə olunduğu demokratik məkan kimi tanınması və nüfuz qazanması düzgün müəyyənləşdirilən və gələcəyə hesablanmış siyasətin nəticəsidir.

20 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarını təhlil etdikdə bu reallıq özünü qabarıq şəkildə büruzə verir ki, kompleks həyata keçirilən  inkişaf bütün sahələri əhatə edib. Bu da ondan irəli gəlir ki, ayrı-ayrı sahələr üzrə müvafiq dövrləri əhatə edən  Dövlət  Proqramları hazırlanır, qarşıda duran  vəzifələr və həlli yolları müəyyənləşdirilir, icrası ilə bağlı  müvafiq qurumlara konkret tapşırıqlar verilir.  Bir proqramın nəzərdə tutulan vaxtda yüksək səviyyədə  icrası növbəti illər üçün  yeni  sənədin hazırlanmasına yol açır ki, bu da  ölkənin hərtərəfli inkişafının sürətləndirilməsində  başlıca amillərdəndir.

Təkcə cari ilin ötən dövrünün statistikasına diqqət yetirsək, 2012-ci ili hansı uğurlarla başa vuracağımız barədə aydın təsəvvür yaranır.   Dövlət başçısı İlham Əliyevin müsahibələrinin birində söylədiyi «Əgər gələcəyi düşünməsəm, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Bizim bu gün həll etdiyimiz problemlər gələcəyə yönəlibdir. Dünya tərəqqi edir. Biz də ona çatmalıyıq» fikirləri bir daha bu gerçəkliyi ortaya qoyur ki, həyata keçirilən siyasətin əsasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, dünya iqtisadi sisteminə inteqrasiya, bunların fonunda  Azərbaycanın uğurlu gələcəyi dayanır. Bu gerçəklik də  inkaredilməzdir ki, gələcəyi proqnozlaşdırmadan, dövrün çağırışlarının öhdəsindən lazımi səviyyədə gəlmədən uğurlu inkişafa nail olmaq qeyri-mümkündür. Bu fikir ötən ilin sonunda  Yeni Azərbaycan Partiyasının  təşkilatçılığı ilə keçirilən,  30 ölkədən 60-a yaxın nümayəndənin qatıldığı  «Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar» mövzusunda beynəlxalq konfransda da xüsusi qeyd olunmuşdur ki,  hər bir  ölkənin öz inkişaf strategiyası mövcuddur. Dövrün çağırışlarına yüksək səviyyədə əməl etmək üçün qarşılıqlı təcrübəyə, fikir mübadiləsinə böyük ehtiyac var. Azərbaycanın müxtəlif mövzuları əhatə edən  beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qarşılıqlı əməkdaşlığa verdiyi önəmin təsdiqidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsas mənasını, inkişafa aparan yolun baş xəttini təşkil edir.

Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Ölkəmiz yerləşdiyi çoğrafi məkana, malik olduğu  təbii resurslara görə dünyanın diqqət mərkəzində olub və bu gün həmin maraq daha da artıb.  Almaniyada nəşr olunan  nüfuzlu  «Spiegel» jurnalının 2012-ci il  avqust nömrəsində  dərc olunan «İqtisadi möcüzələr ölkəsi Azərbaycan: Xəzər dənizinin sahilində müasirləşmənin güclü təmsilçisi»  sərlövhəli məqalədə yer alan  bəzi fikirləri  xüsusi olaraq qeyd etmək istərdim. Bu baxımdan ki, bu gün reallıqlarının içərisində olduğumuz Azərbaycana dünyanın baxışı ilə ölkə ictimaiyyətinin rəyində bir eynilik vardır. Yəni, uğurlar heç bir təhrifə yol verilmədən şərh olunur, Azərbaycanın inkişaf  modeli nümunə göstərilir. Məqalədə deyilir: «Bu sakitcə baş verən təkamül prosesinə bənzəyir: 20 il bundan əvvəl, Sovet İttifaqı dağılanda  və demək olar ki, əksəriyyət üçün naməlum olan bir sıra kiçik respublikalara parçalananda, kimsə uzaq  Qafqazda baş verə biləcək dəyişikliyin miqyasını təsəvvür edə  bilməzdi.»

Bu fikrin ardınca  bildirilir ki, o vaxtdan bəri böyük neft və qaz ehtiyatlarına malik olan Azərbaycan  özünün  ümumi daxili məhsulunun həcmini bir neçə dəfə artırmış və bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına daxildir. Bu fakt da əminliklə vurğulanır ki, digər postsovet ölkələrindən fərqli olaraq Azərbaycan öz inkişafını daha rahat şəkildə həyata  keçirmişdir. Ölkə iqtisadiyyatının enerji amilindən asılılığının minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi  təqdir olunur, düzgün siyasətin nəticəsi kimi dəyərləndirilir.   2009-cu ildən dünyanı bürüyən və nəticələri bu gün də davam edən  iqtisadi  və maliyyə böhranı məngənəsində  çırpınmaqla borc bataqlığından çıxmağa çalışan Yunanıstan, İtaliya, İsveç... kimi ölkələrlə müqayisədə  fərqlənən,  böhrandan  uğurla çıxan Azərbaycanın nailiyyətlərini şərtləndirən əsas amil də məhz  ölkəmizin malik olduğu təbii resurslardan  səmərəli istifadəsi,  iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Son 9 ildə  qazandığımız tərəqqi də təsdiqləyir ki,  Azərbaycan   təkcə özünün  zəngin neft və qaz ehtiyatlarına güvənmir, qeyri-neft sektorunun inkişafına əsaslanan  ölkənin gələcək inkişaf modelinin gerçəkləşməsi istiqamətində inamla addımlayır. İqtisadiyyatın şaxələndirilməsi, sənayenin liberallaşdırılması istiqamətində atılan addımların nəticəsidir ki,  cari ilin ötən dövründə   qeyri-neft sektorunda artım  11,3 faiz təşkil etmişdir.  ÜDM-də özəl bölmənin payının 85  faiz olması da bu sahəyə diqqətin bariz nümunəsidir. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolunu önə çəkən dövlət başçısı İlham Əliyev  bildirir: «Biz 20 il ərzində  həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq.  Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir. ... Biz islahatları aparmaqla neft-qaz amilindən iqtisadi asılılığımızı böyük dərəcədə aşağı sala bilmişik və gələcəkdə şaxələndirmə, yerli istehsalın, sağlam rəqabətin gücləndirilməsi, investisiyaların cəlb edilməsi sayəsində, əminəm ki, daha da böyük uğurlara çatacağıq.» İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə  quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur.  Dövlət başçısı İlham Əliyevin regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün bölgələrə mütəmadi səfərləri,  hər səfərin yeni  obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalması, ən əsası regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi  üçün sərəncam imzalanaraq, Prezidentin Ehtiyat Fondundan  müvafiq məbləğin ayrılması və s. kimi addımlar  ölkənin hərtərəfli inkişafında  bölgələrin malik olduğu ehtiyatlardan istifadənin xüsusi önəm daşıdığını təsdiqləyir. Azərbaycan bu gün Cənubi Qafqaz regionu iqtisadiyyatının 83 faizinə sahibdir.

Azərbaycanın dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri  tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, Dün­ya İq­ti­sa­di Fo­ru­mu­nun 2012-2013-cü il üz­rə «Dün­ya Rə­qa­bət­li­lik He­sa­ba­tı»nda Azər­bay­can rə­qa­bət­li­lik rey­tin­qi­nə gö­rə 144 döv­lət ara­sın­da 46-cı yer­də qə­rar­laşıb. 2011-2012 he­sa­ba­tın­da isə öl­kə­miz 142 öl­kə ara­sın­da 55-ci yer tut­muş­du. Qlo­bal iq­ti­sa­diy­ya­tın böh­ran döv­rü­nü ya­şa­dı­ğı və yük­sək rə­qa­bət mü­hi­ti ilə sə­ciy­yə­lə­nən bir za­man­da Azər­bay­ca­nın 9 pil­lə irə­li­lə­mə­si və dün­ya­nın 50 ən rə­qa­bət­qa­bi­liy­yət­li iq­ti­sa­diy­ya­tı sı­ra­sı­na da­xil ol­ma­sı öl­kə­də apa­rı­lan məq­səd­yön­lü so­si­al-iq­ti­sa­di in­ki­şaf si­ya­sə­ti­nin əya­ni gös­tə­ri­ci­si və öl­kə­mi­zin bey­nəl­xalq nü­fu­zu­nun art­ma­sı­nın nü­mu­nə­si ki­mi dəyərləndirilir.

Enerji layihələri: Əməkdaşlıq körpüsü

Dövlət başçısı İlham Əliyevin Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə olduğunu  böyük əminliklə qeyd etməsi, sözsüz ki, reallıqlara söykənir. Təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirən Azərbaycan yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Cari ilin iyun ayında keçirilən  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammiti çərçivəsində Azərbaycanla Türkiyə arasında «Trans-Anadolu Təbii Boru Kəməri layihəsinə dair  Hökumətlərarası Müqavilə»nin imzalanması da  bir daha bu gerçəkliyi ortaya qoydu ki, münasibətlərin möhkəm təməl üzərində qurulması qarşıya qoyulan məqsədlərə nail olmağa əsas verir. TANAP layihəsinin  icrası nəticəsində  ilk növbədə  Türkiyəyə daha  böyük həcmdə  təbii qazın nəql edilməsinə nail olacağıq. Eyni zamanda  layihənin  reallaşması nəticəsində  Türkiyə sənayesinə ən çox investisiya yatıran şirkət ARDNŞ, ən böyük ölkə isə Azərbaycan olacaq. Dövlət başçısı İlham Əliyev ARDNŞ-in fəaliyyətini yüksək dəyərləndirərək bildirir: «  Bu gün Azərbaycan Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan şirkətdir, beynəlxalq səviyyəli şirkətdir. Məqsədimiz məhz ondan ibarət idi ki, SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti beynəlxalq səviyyəyə çıxsın. Biz buna nail ola bilmişik.»

 «Gələcəkdə bizi  daha da böyük layihələr gözləyəcəkdir» söyləyən dövlət başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki,  Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr  dünya enerji xəritəsinə  yeni çalarlar gətirir.  Bu gün bölgəni birgə həyata keçirilən layihələrsiz təsəvvür etmək qeyri-mümkündür.

Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Yeni yataqların aşkarlanması, müxtəlif ölkələrlə imzalanan sazişlər, Anlaşma Memorandumları bunu söyləməyə əsas verir ki,  ölkəmiz qarşıdakı illərdə  regionun və Avropa  ölkələrinin  enerji təhlükəsizliyinin təminatında  rolunu  daha da artıracaq. «Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları  bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı  təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır.»

Qeyd edək ki,  əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz kəmərlərindən geri qalmayan, dünyaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Azərbaycan və Türkiyə dövlətinin  birgə   səyləri nəticəsində gerçəkləşir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammitində diqqəti beş il bundan öncə keçirilən qurumun zirvə görüşünə yönəldən Prezident İlham Əliyev bildirmişdir ki, o zaman  dəmir yolunun tikintisinə başlayacağımızı bildirmişdik. Bu gün isə işlərin cari ilin sonuna qədər tamamlanacağını və dəmir yolunun istifadəyə veriləcəyini qeyd edirik. Layihənin nəzərdə tutulan vaxtda istifadəyə verilməsi sözsüz ki, ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında mühüm rol oynayacaq.  Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin olunmasının nəticəsidir ki, bu kimi beynəlxalq əhəmiyyətli layihələrin icrası gerçəkləşir. Qeyd edək ki, şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən  Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 32 milyard dollardan çoxdur. Dövlət başçısı İlham Əliyev bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan  dövləti öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.    

Azərbaycan özünü dünyada sosial və investisiya yönümlü dövlət kimi təsdiq edib

İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələdir.  Son illərdə  ölkəmizdə 1 milyondan artıq iş yerinin açılması düşünülmüş siyasətə əsaslanan Dövlət Proqramlarının uğurlu nəticəsidir. Cari ilin birinci yarısında  isə 46 min yeni iş yeri açılıb  ki, onlardan təxminən 37 mini daimidir.  İşsizliyin səviyyəsi 5,4 faizdir. Yoxsuluğun azaldılmasına xidmət edən Dövlət Proqramlarının uğurlu icrası statistik rəqəmlərdən də  aydın görünür. Yoxsulluğun səviyyəsi 7,6 faizdən aşağıdır. Cari ilin ötən dövründə  əhalinin pul gəlirləri təxminən 14,2  faiz artıb.  Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlılığı ilə diqqət çəkir. Azərbaycanda vətəndaşların əmək haqlarının artırılmasına  davamlı proses kimi diqqət yetirilməsi, beynəlxalq standartlara əsaslanan pensiya-sığorta sisteminin tətbiqi ilə ölkə əhalisinin rifah halı yüksəlib. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında cari ilin iyun ayından sovet dövründən qalmış əmanətlərin qaytarılmasına başlanılması da bu diqqətin əsas tərkib hissələrindəndir. Dövlət başçısı bildirir: «Yəni, bu təşəbbüs bir daha bizim niyyətimizi göstərir ki, sosial məsələlərin həlli daim diqqət mərkəzində olmalıdır, bazar iqtisadiyyatı prinsipləri, əlbəttə ki,  bizim üçün əsasdır. Ancaq bəzi hallarda bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri ilə üst-üstə düşmür. Amma Azərbaycanda hər iki vacib amil  daim diqqət mərkəzindədir və görülən tədbirlər bunun məntiqi nəticəsidir.»  Ünvanlı  Sosial Yardım Proqramı icra edilir, 143 min ailə  ünvanlı sosial yardım alır və hər bir ailəyə verilən məbləğ 109 manat  səviyyəsindədir.  Digər sosial proqramlar da uğurla icra edilir.  Paytaxt və bölgələrdə yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib, istifadəyə verilib. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafını təsdiqləyir.  Ölkəmizin valyuta ehtiyatları  44 milyard dollardan artıqdır. Son 15 ildən artıq dövr ərzində  ölkə ictisadiyyatına 120 milyard dollardan artıq  vəsait qoyulub. İnvestorlar ölkə iqtisadiyyatına qoyduqları vəsaitin təhlükəsizliyinə tam əmindirlər. Artıq bu gün Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, xarici ölkələrə  investisiya yatıran dövlət kimi də tanınır. Bu baxımdan son illərdə xarici ölkələrə  6 milyard dollar  sərmayə yatırılmışdır.

Bütün bunlar Azərbaycanın böyük iqtisadi imkanlara malik olduğunu təsdiqləyir.

İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır

Ölkəmizin xarici siyasətdə uğurlarının ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Azərbaycan beynəlxalq aləmin dəyərli üzvü kimi öz sözünü deyir və deyəcəkdir.  Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq   BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi buna əyani sübutdur.  «Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, cari ilin may ayında Təşkilata sədrlik etməsi çoxtərəfli  əməkdaşlığın  genişləndirilməsi üçün yeni imkanlar açır.  Bu mötəbər təşkilatın  ali orqanında ilk dəfə təmsil olunan ölkəmizin səyləri beynəlxalq hüququn  norma və prinsiplərinə əməl edilməsinə, dünyada sülh və ədalətin bərqərar olmasına kömək edəcəkdir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan dünyada sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olunmasının və qorunmasının tərəfdarıdır. 

Hər bir sahədə böyük uğurları ilə dünyanı heyrətləndirən Azərbaycan tezliklə yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqla bu inkişafa daha böyük yol açacaq.

İqtisadi tərəqqidə demokratikləşmə prosesinin rolu inkaredilməzdir

Siyasi və iqtisadi islahatların vəhdətliyi uğurların davamlılığını şərtləndirən amillərdəndir. Bu gün Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Demokratik təsisatların formalaşdırılması istiqamətində atılan addımları təqdir edən beynəlxalq qurumlar daim bu reallığı təsdiqləyirlər ki, Azərbaycan dövləti dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır. Buna əyani sübut kimi qəbul olunan qanunların mütəmadi təkmilləşdirilməsi, yaxud bunanla bağlı yeni sənədlərin qəbul olunması göstərilir. Ölkəmizdə seçkilərin demokratikliyini təmin etmək üçün 2003-cü ildə Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə rəyi əsasında qəbul olunan Seçki Məcəlləsinə, vətəndaşların sərbəst toplaşmaq hüququnu təmin edən qanuna,  siyasi partiyaların fəaliyyətini tənzimləyən  «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi və s deyilənlərin təsdiqidir. Bu təkmilləşmələr onu göstərir ki, Azərbaycan dövləti hər dövrün tələbinə diqqət yetirir və onların qəbul olunan sənədlərdə əksini tapmasına çalışır. Bu addımlar eyni zamanda onun təsdiqidir ki, insan hüquq və azadlıqlarının qorunması dövlətin siyasətində prioritet məsələdir. Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə «Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı» təsdiq edildi. Milli Fəaliyyət Proqramının əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığını təmin etməkdir.

Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyil

Ölkə reallıqlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin azad mətbuatın inkişafına yönələn addımları davamlılığı ilə diqqət çəkir. Yaradılan demokratik şəraitin nəticəsidir ki, bu gün hər kəs öz fikrində sərbəstdir, baş verən hadisəyə fərdi yanaşma nümayiş etdirərək, öz mövqeyini ortaya qoyur. Amma yaradılan demokratik şərait ona əsas vermir ki, mətbuatın əsas prinsipləri olan obyektivlik, qərəzsizlik, vətənpərvərlik arxa plana keçsin. Dövlət azad mətbuatın təminatçı funksiyasını yüksək səviyyədə yerinə yetirib, zəruri olan addımları atırsa, mətbuatın da əsas missiyası Azərbaycan dövlətçiliyini qorumaq, müharibə şəraitində yaşayan bir ölkə olaraq həqiqətlərimizin təbliğində fəal iştirak etməkdir. KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar təqdir olunur.

Hər xalqı dünya xalqları içərisində tanıdan xüsusiyyətlərdən biri də mədəniyyətdir:  42 ölkə məşəlini Bakıda alovlandırdı

«Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.» Ulu öndər Heydər Əliyev eyni zamanda bildirirdi ki, yüksək mədəniyyətə, zəngin ziyalı potensialına malik  xalq həmişə irəli gedəcək,  yaşayacaq və  inkişaf edəcəkdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq aləmdə yeri və rolunu möhkəmlədirməklə yanaşı, öz milli- mənəvi dəyərlərini, tarixini, mədəniyyətini və incəsənətini yüksək səviyyədə qoruyan və təbliğ edən ölkələr sırasındadır. Ulu öndər Heydər Əliyevin  söylədiyi proqram xarakterli «...  Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri  dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini göturüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik» fikri dövlətimizin siyasətində öndə dayanır.

Mədəniyyətimizin inkişafı, mədəni irsimizin qorunması, milli dəyərlərə bağlılığımız və onun təbliği Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin  önündə dayanan əsas məsələlərdəndir. Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqət çəkir. Mədəniyyət ocaqlarının inşası, bərpası, dünya standartlarına uyğunlaşdırılması deyilənlərin təsdiqidir.   Zəngin Azərbaycan musiqisi bu gün özünün yeni dövrünü yaşayır. Mədəniyyətimizin, incəsənətimizin  ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri zaman-zaman istedadlı  insanların mədəniyyətimizdə yeni yollar, cığırlar açması, yeni formalar meydana gətirmələridir.

Azərbaycan bu ilin mayında mötəbər «Eurovision-2012» mahnı yarışmasına ev sahibliyi etdi.  42 ölkənin məşəlinin Bakıda alovlanması bir daha ölkəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı.  Dünyanın nüfuzlu mətbu orqanlarında dərc olunan məqalələrdə də bildirilir ki, «Eurovision» müsabiqəsinin keçirilməsi Azərbaycana ölkənin müstəqillik illərində qazandığı tərəqqini dünyaya nümayiş etdirmək imkanı vermişdir. Musiqinin də ölkələr arasında körpü olduğunu nəzərə alsaq, yarışmanın əhəmiyyəti bu baxımdan da aydın olur.  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə  Qəbələdə keçirilən festivallar, Beynəlxalq Muğam Festivallarının təşkili Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində atılan önəmli addımlardır.

İdman tək fiziki sağlamlıq deyil,  həm də böyük siyasətdir

XXX London Yay Olimpiya Oyunları arxada qalsa da nəticələr hələ də ölkə və dünya mətbuatında müzakirə olunmaqdadır.  Azərbaycanın 205 dövlət arasında 30-cu yeri tutması böyük uğur olmaqla yanaşı, ölkəmizin nüfuzunun göstəricisidir. Ölkə idmançıları London Yay Olimpiya Oyunlarında 53 lisenziya ilə 16 idman növündə təmsil olunaraq, 10 medala sahib oldular. Azərbaycanın 20 illik müstəqillik tarixində qatıldığı Olimpiya Oyunlarına diqqət yetirsək, qazanılan medalların sayında nəzərə çarpan artım idmanın inkişafına göstərilən diqqətin sistemli xarakter daşıdığını bir daha ortaya qoyur. Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7, London Yay Olimpiya Oyunlarında isə  10 medal (2-si qızıl, 2-si gümüş, 6-sı isə  bürünc) qazanan idmançılarımız Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq, bir daha ölkəmizin təqdimatına öz töhfələrini verdilər.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya Oyunları təkcə idman yarışı deyil,  həm də böyük siyasətdir.

Bu sahənin inkişafının dövlətin siyasətində prioritet olduğunu təsdiqləyən əsas amillərdən biri  dövlət başçısı İlham Əliyevin  16 yanvar 2012-ci il tarixli  sərəncamı ilə  2012-ci ilin  «İdman ili» elan edilməsidir.  İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində  ölkəmiz  mötəbər beynəlxalq  idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Olimpiya Oyunlarının «İdman ili»nə təsadüf etməsinin özü də  bu sahəyə yönələn diqqətin məntiqi nəticəsi olmaqla  gənclərin fiziki sağlamlığına göstərilən  qayğının da təzahürüdür. Azərbaycan ən möhtəşəm beynəlxalq idman yarışlarına ev sahibliyi etmək və olimpia oyunlarına ev sahibliyi etmək istəyini bildirməklə də zəngin resurslara malik olduğunu bəyan edir.

Məqsəd Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirməkdir

Uğurlarımız  növbəti mərhələdə nəzərdə tutulmuş milli hədəflərin reallaşdırılması üçün yeni konsepsiya və strategiyanın hazırlanmasını, fundamental inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini, hadisələrə konseptual yanaşmanı siyasi zərurət kimi qarşıya qoyur. Bu baxımdan dövlət başçısı İlham Əliyevin   «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması barədə  sərəncamı mühüm əhəmiyyət kəsb edir. Cari ilin sonunadək hazırlanması nəzərdə tutulan bu mühüm sənəd Azərbaycanda reallaşdırılan quruculuq siyasətinin təməl prinsiplərini, dünyada   ölkəmizin yerini və rolunu,  dinamik inkişafın prioritetlərini özündə ehtiva edəcək. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən maliyyə-iqtisadi böhran və mürəkkəb qlobal dəyişikliklər fonunda Azərbaycanın milli maraqlarının hərtərəfli qorunmasına nail olmaq,  dövlətimizin və xalqımızın etibarlı gələcəyini təmin etməkdir. Dövlət başçısı bildirir: «Bizim ümumi məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər.»  2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməsi, qeyri-neft sektorunun hərtərəfli inkişafı sayəsində 3 dəfə artan ümumi daxili məhsulun daha 2 dəfə artırılması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu və s. qarşıya qoyulan hədəflərdir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar keçirilən dəyirmi masada sənədin əhəmiyyətini geniş təhlil edərək bildirmişdir ki,  bu sənəd  ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır.

Bu gün Azərbaycan İKT-dən istifadə imkanlarına, ən müasir texnologiyaların tətbiqinə görə MDB-də liderdir. Ölkədə genişzolaqlı internetin təşkili ilə insanların azad şəkildə  ünsiyyətinin formalaşdırılması üçün imkanlar təkmilləşdirilir.  Ən  inkişaf etmiş ölkələrdə tətbiq olunmayan 4G xidmətləri respublikamızda tətbiq olunub. Azərbaycanda əhalinin 60 faizdən çoxunun internetdən istifadəsi   ölkənin müasirləşməsinin  məntiqi ifadəsidir. Respublikada  «Elektron hökumət»in  yaradılması istiqamətində həyata keçirilən islahatlar bütün xidmət sahələrində  proseslərin  şəffaflığını təmin etməklə prosedurların sadələşdirilməsini təmin edir.

Atılan addımların əsasında bir məqsəd dayanır- Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirmək. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etmişdir ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son illərin uğurları bu vədin  əməli  işə əsaslandığını bir daha təsdiqləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı