Modern.az

Hacıqabul gölü bərpa olunacaq

Hacıqabul gölü bərpa olunacaq

Aktual

26 Yanvar 2023, 15:18

Milli Məclisdə Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası müzakirə olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında sədr Sadiq Qurbanov bildirib.

 

“Artıq Hacıqabul gölü quruyub. Onun torpaqlarından başqa məsələlər üçün istifadə olunur. Bu məsələ ötən sessiyada komitənin iş planına salınmışdı, amma alınmadı. Bu il artıq nazirliklə danışıqlar aparılıb, məsələ öz həllini tapacaq”, - komitə sədri çıxışında deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...