Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə növbədənkənar seçkilərin keçirilməsi ehtimalına münasibət bildirib.
Modern.az xəbər verir ki, Paşinyan bu ssenarinin reallaşmasına heç bir maneənin olmadığını bildirib.
“Növbədənkənar seçkilər ssenarisinə heç nə mane olmur. Lakin müxalifətlə yanaşı, ictimaiyyətlə dialoq da çox vacibdir. İctimaiyyət və vətəndaş cəmiyyəti ilə dialoqa ehtiyacımız var. Parlamentə təqdim edilməyə hazır layihəmiz olduqda səsvermə keçiriləcək. Səsvermənin nəticələrinə əsasən bundan sonrakı addımlar barədə düşünəcəyik”, – Paşinyan qeyd edib.