Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş ermənilərin yeni biometrik pasportlarında doğum yeri kimi “Azərbaycan”ın göstərilməsi barədə danışıb.
Modern.az xəbər verir ki, Paşinyan brifinqdə bu məsələdə Azərbaycanla paraflanmış sülh sazişinin müddəalarının əsas götürülməli olduğunu bildirib.
“Bu iki yanaşma bir-birinə sığmır. Ya "Yerablur" (Ermənistanın paytaxtı İrəvanın qərbində, İrəvan–Eçmiədzin yolu yaxınlığında yerləşən hərbi məzarlıqdır. Burada Qarabağ müharibələrində həlak olmuş erməni hərbçilər də dəfn olunub - müəl.) genişlənməlidir, ya da biz paraflanmış sülh sazişinin çərçivəsində qalmalıyıq. Bu, sadə siyasi seçimdir”, – Paşinyan deyib.