Modern.az

Bakıda hakim işə velosipedlə gedir

Bakıda hakim işə velosipedlə gedir

Aktual

30 Mart 2023, 15:53

Müasir, kreativ, sadə... Mənəvi zənginliyini şərtləndirən bu keyfiyyətləri ona həmişə üstünlük gətirib. Hələ lap gənc yaşlarından, acılı-şirinli tələbəlik illərindən seçilənlərdən olub. Çağdaş dünyamıza müasir baxış bucağından nüfuz etməyi bacarıb. Ətrafda baş verənlərə obyektiv yanaşması ilə diqqətdən yayınmayıb. İnsanlarla səmimiyyət müstəvisində qurduğu münasibəti həyatına əlavə rəng qatıb... Və beləcə gələcək həyat amalını müəyyən edib, işıq dolu karyerasına doğru uzun bir yola çıxıb. Bir-birini əvəz edən illərin gərgin zəhməti hesabına ona qazandırdığı uğurlu həyat hekayəsi dəyişməz olaraq qalıb. Hər addımın sınağından çıxmış tələbəlik dostları, yataqxana qonşuları onu bu gün də belə tanıyırlar: Müasir, kreativ, sadə...

 

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov olduğu kimi görünməyilə yenə də seçilməyi bacarır. Nümunəyə çevrilə biləcək addımı – işə velosipedlə gəlib-getməsi bəlkə də bir çoxlarına qəribə görünə bilər. Əslində isə 45 yaşlı haqq-ədalət keşikçisi bu addımı ilə gündəm yaratmaq fikrindən çox-çox uzaqdır, sadəcə sağlam həyat tərzini seçir. Yaşlı insanların dilindən eşitdiyi, müdriklərin deyimlərindən də yəqin etdiyi “Sağlamlığın əsasını hərəkət təşkil edir” deyib hər gün yola sevimli velosipedi ilə çıxır. Eşidən-bilən paytaxt sakinlərinin sadə hakimin bu seçimini maraqla qarşılayacaqları da şübhə doğurmur.

 

Sirr deyil ki, paytaxt küçələrində səhər işə, axşamsa evə tələsən sükan sahibləri, yorğun sərnişinlər əksər hallarda bir neçə saat vaxtını itirərək əsəbləri gərilmiş vəziyyətdə olanda bu nümunəvi addımı qiymətləndirməkdə elə də çətinlik çəkməyəcəklər. Çünki hər bir Azərbaycan vətəndaşının arzuladığı və bu yolda söykənəcəyi bir inam var: Şəhərin ekoloji təmizliyinin qorunması, tıxacların azalması və nəticə olaraq sağlamlıq, rahatlıq...

 

Cənab Prezident İlham Əliyevin ciddi tapşırığı və nəzarəti altında bu istiqamətdə həyata keçirilən uğurlu layihələr də məhz vətəndaş məmnunluğuna hesablanıb. Vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq hər kəs bu strateji prosesə öz töhfəsini verməyə borcludur.

 

Qeyd edək ki, Hakimlərin Etik Davranış Kodeksi və Banqlador prinsiplərində haqq-ədalət keşikçilərinin davranış normaları aydın şəkildə izahını alıb. Hakim Hüseyn Səfərovun bu addımı da nümunəyə çevrilməklə bu faydalı davranış prinsiplərinə töhfə olacaq.

 

Yolunuz açıq, işıqlı və təhlükəsiz olsun, sadə paytaxt hakimi!

 

Röya Şirinova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı