Modern.az

Rüstəm Xəlilov vətəndaşların şikayətlərini dinlədi

Rüstəm Xəlilov vətəndaşların şikayətlərini dinlədi

Aktual

Bu gün, 17:47

Salyan Rayon İcra Hakimiyyətinin başçısı İnteqrasiya təlimli internat tipli gimnaziyada şəhər sakinlərini qəbul edib.

Modern.az bildirir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların müraciət, təklif və şikayətlərinin dinlənilməsi, mövcud problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə İnteqrasiya təlimli internat tipli gimnaziyanın binasında sakinlər ilə səyyar qəbul keçirib.

Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər, regionların inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərin operativ həlli rayon rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdəndir. Bu baxımdan, mütəmadi olaraq təşkil edilən səyyar qəbullar əhalinin qayğı və problemlərinin birbaşa dinlənilməsi, onların həlli istiqamətində çevik tədbirlərin görülməsi, eləcə də vətəndaşlarla yerli icra strukturları arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səyyar qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin bir qismi ilə bağlı aidiyyəti üzrə dərhal müvafiq tapşırıqlar verilib. Əlavə araşdırma və müvafiq tədbirlərin görülməsini tələb edən müraciətlər isə nəzarətə götürülüb. Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsini tapşırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı