Puerto-Riko təmsilçisi Cennifer Barreto “Kainat gözəli 2026” (“Miss Universe”) beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Modern.az müsabiqəni canlı yayımlayan “Telemundo” telekanalına istinadən xəbər verir ki, 75-ci müsabiqənin finalı noyabrın 24-də Puerto-Rikonun paytaxtı San-Xuanda keçirilib. Müsabiqədə müxtəlif ölkə və ərazilərdən 116 iştirakçı yarışıb.
Tacı 27 yaşlı Barretaya ötən ilin qalibi, meksikalı Fatima Boş təqdim edib. Barreto bu titulu qazanan altıncı Puerto-Riko təmsilçisidir.

