Modern.az

Yaşayış binasında yanğın - Sakinlər təxliyə edilib

Yaşayış binasında yanğın - Sakinlər təxliyə edilib

Aktual

13 Oktyabr 2025, 09:56

Bakının Xətai rayonunda yanğın olub.

FHN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 49 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...