Modern.az

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Aktual

14 Oktyabr 2025, 15:44

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobildə sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyinə yol verən və avtoxuliqanlıq edən Hikmət Abasov saxlanılıb.

Modern.az xəbər verir ki, H.Abasov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək