Moskvada faşizm üzərində Qələbənin 81-ci ildönümünə həsr olunmuş parad keçirilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident Vladimir Putin Qızıl Meydana gəlib. Paradı müdafiə naziri Andrey Belousov qəbul edib.
Belousov Qızıl Meydana paradın komandanı olan Quru Qoşunlarının komandanı Andrey Mordviçev ilə birlikdə çıxıb. Onlar birlikdə hərbçilərin yanından keçiblər. Mordviçev Moskvada Qələbə paradına ilk dəfə komandanlıq edib
Müdafiə naziri prezidentə məruzə edib.
Sonra Putin çıxış edib. O bildirib ki, Rusiya sovet əsgərlərinin vəsiyyətlərini və irsini müqəddəs sayır. Putin vurğulayıb ki, məhz sovet xalqı Hitler Almaniyasına təslim olmuş ölkələrin suverenliyini bərpa edib və nasizmin məğlub edilməsində həlledici töhfə verib.
Prezident bir dəqiqəlik sükut elan edib.
Parada Belarus Prezidenti Aleksandr Lukaşenko oğlu Nikolay ilə birlikdə gəlib.
Dəvət olunan qonaqlar arasında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Laos Prezidenti Thongloun Sisoulith, Malayziyanın ali hökmdarı Sultan İbrahim, Cənubi Osetiya rəhbəri Alan Qaqloyev, Abxaziya Prezidenti Badra Qunba və Serb Respublikası Prezidenti Sinişa Karan da var.
Vladimir Putinin Qələbə Günü paradındakı çıxışı 8,5 dəqiqədən bir qədər çox davam edib.
Bundan sonra paradın yürüş hissəsi başlayıb.
Artıq parad başa çatıb.