Modern.az

Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişdi 

Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişdi 

Allah rəhmət eləsi̇n

14 Avqust 2021, 10:48

Xalq artisti Vaqif Əliyev vəfat edib.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xalq artisti 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

 

V.Əliyev avqustun 13-də torpağa tapşırılıb.

 

Qeyd edək ki, Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.

 

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir