Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Yasən Məmmədov vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə UNEC Biznes Məktəbi məlumat yayıb.
Bildirilib ki, Yasən Məmmədov Biznes Məktəbinin (MBA) A6/2-120-25 qrupunda təhsil alırdı.
Universitet tələbənin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.