Göy məscidi fars məscidi kimi dünyaya təqdim edən erməni, əlbəttə, bu gün onun zalına erməni adını da verəcək, sabah orada hansısa erməninin büstünü də qoyacaq, hələ bəlkə birisi gün bomba qoyub onu partladacaq da.
Bunu Modern.az-a açıqlamasıda Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, ermənilər bilir ki, İrəvanda Göy məscid bizim həssas yerimizdir:
"Ola bilər ermənilərin bu hərəkətinə kimsə təəccüblənir, amma mən qətiyyən təəccüblənmirəm. Məsələ onda deyil ki, 28 yaşına kimi erməninin içində yaşayan və son 200 ildə atası, babası, babasının babası, onun da babası erməni zülmünü görən birisi kimi, mən erməni xislətini yaxşı bilirəm, məsələ ondadır ki, bu gün bu hərəkəti edən erməni bütün Qərbi Azərbaycanda, o cümlədən İrəvandakı Azərbaycan mədəni irsini yer üzündən silən həmin ermənidir. Təkcə İrəvan şəhərində 10-dan artıq, bütün Qərbi Azərbaycanda yüzlərlə məscidi, yüzlərlə qəbiristanlığımızı yox edən həmin erməni deyilmi? Hələ Qarabağı demirəm. Əstəğfürullah, Qurandan don geysə də, sonsuza qədər xalqıma və bütün türk dünyasına nifrət edəcək. Beş barmağını bala batırıb erməninin ağzına soxsan da, erməni yaxşılıq bilməyəcək. Biz bunu birdəfəlik dərk etməliyik".
Əziz Ələkbərli qeyd edib ki, bu gün erməni sülhə gəlir, sabah quzuya da dönəcək:
"Bəlkə görüşəndə “can kirvə” deyib boynumuza sarılacaq, kövrəlib gözündən yaş da axıdacaq, çünki hələ zəifdir, amma elə ki, nə vaxtsa bir az güc topladı, özünə arxa tapdı, əjdahaya dönəcək. Bu, onun xislətidir, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bu yaxınlarda diplomatik korpusun Qarabağa səfərinə ermənilərin aqressiyası bizə dərs olmadımı?"
Deputatın sözlərinə görə, İrəvanda hələ də Azərbaycan ruhunu yaşadan dini irsimizdir. Onlar bunu bilir və bilə-bilə onu təhqir edir:
"Ağdam məscidində donuz saxlamaqla, Təpəbaşı məscidini şərabxanaya çevirməklə Göy məscidin bir hissəsinə erməni adı verməyin arasında nə fərq var! Hamısı bizim milli və dini ruhumuzu təhqir etmək üçündür. Hələ zəifdir – bu hoqqaları çıxarır, görün, güclənsə neyləyəcək. Dünyaşöhrətli şərqşünas alim Adam Metsin sözlərini xatırlayaq: “Ermənilər ağdərililər içərisində ən pis kölələrdir. Əgər kölə ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yalnız kötək və qorxu altında yaxşı işləyirlər. Onları yaxşıca kötəkləmək və lazım olan işi görməyə məcbur etmək gərəkdir”.
Qərbi Azərbaycan İcmasının sədri qeyd edib ki, ermənilərin bu çirkin hərəkəti İran rəsmilərinin iştirakı ilə icra etmələri isə riyakarlığın başqa bir formasıdır və bu da başqa bir söhbətin mövzusudur.