Modern.az

Hörmüzdə tankerlər yandı

Hörmüzdə tankerlər yandı

Dünya

Bu gün, 20:54

Hörmüz boğazının şərq hissəsində 2 gəmi dəniz minası ilə toqquşduqdan sonra alışıb.

Modern.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti "Telegram" sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün gündüz saatlarında qaydaları pozan, xəbərdarlıqlara məhəl qoymayan və radiolokasiya sistemlərini söndürən 2 gəmi Hörmüz boğazının şərq hissəsində qadağan olunmuş təhlükəli zonaya daxil olub və dəniz minası ilə toqquşma nəticəsində alışıb", - məlumatda bildirilib.

SEPAH baş verənlərə görə məsuliyyəti ABŞ prezidentinin və gəmi sahiblərinin üzərinə qoyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz