Modern.az

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

Allah rəhmət eləsi̇n

10 İyul 2022, 12:17

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist-etnoqraf Ənvər Çingizoğlu (Fərəcov) ötən gecə saatlarında dünyasını dəyişib.

Modern.az xəbər verir ki, Ənvər Çingizoğlu 60 yaşında, ürəktutmasından dünyasını dəyişib.

Mərhum Ə.Çingizoğlu AzTV-nin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

O, həmçinin regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxın zəhmət sərf edib.

Ə.Çingizoğlu Füzuli rayonunda dəfn olunacaq.


Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Yağləvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan bölməsində təhsil alıb (1977–1980).


Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980–1982).


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub (1985–1990).


Ənvər Çingizoğlu 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb.

1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb.
2014-cü ilin mart ayından indiyə kimi "Azərbaycantelefilm"in Baş redaktor müavini idi. O, həm də "Soy" dərgisinin baş redaktoru vəzifəsində çalışırdı.


Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparırdı, bu mövzularda çoxsaylı kitabların müəllifi idi.


Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı