Misirin şimalındakı Əl-Ayyat şəhərində qatarın dörd vaqonu relsdən çıxıb. Nəticədə azı 150 nəfər xəsarət alıb.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə yerinə 50-dən çox təcili tibbi yardım avtomobili cəlb olunub. Xəsarət alanların və ölənlərin sayı ilə bağlı məlumatların hələ yekun olmadığı bildirilir.
Hüquq-mühafizə orqanları qəzanın səbəblərini və dəymiş ziyanın miqdarını araşdırır.