Modern.az

400 min dollar yola səpələndi - Pulları toplayanlar həbs edildi

400 min dollar yola səpələndi - Pulları toplayanlar həbs edildi

Dünya

Bu gün, 17:38

ABŞ-də zirehli puldaşıyan avtomobildən 400 min dollardan çox pul yola tökülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatında, San-Dieqo yaxınlığındakı “Interstate 5” avtomobil yolunda baş verib.

Banklar arasında pul daşınmasını həyata keçirən avtomobilin qapısı hərəkətdə olarkən qəfil açılıb. Nəticədə nağd pullarla dolu kisələr yola düşərək dağılıb.

Hadisəni görən sürücülər avtomobillərini saxlayaraq yola səpələnən pulları toplamağa başlayıblar. Bu səbəbdən magistral yolda tıxac yaranıb. Bəzi şəxslər topladıqları pulları havaya atıb, hadisəni sosial şəbəkələrdə canlı yayımlayıblar.

Hadisə yerinə gələn Kaliforniya Yol Patrulu və Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları ərazini nəzarətə götürüblər. Hüquq-mühafizə orqanları pulların qanuni sahibinin dəyişmədiyini, onları götürməyin isə oğurluq hesab olunduğunu bildiriblər.

Polis sosial şəbəkələrdə yayılan görüntüləri, telefon qeydlərini və avtomobillərin dövlət nömrə nişanlarını araşdırıb. Pulları geri qaytarmayan və sosial şəbəkələrdə paylaşdıqları görüntülərlə müəyyən edilən şəxslər saxlanılıb.

Gülbadam Cümşüdova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?