Modern.az

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

Allah rəhmət eləsi̇n

16 Oktyabr 2024, 09:40

Vətən müharibəsi şəhidi Cahangir Baxışovun atası vəfat edib.

Modern.az xəbər verir ki,şəhid atası Əmrah Baxışov yaşadığı Qobustan rayonunda xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, C. Baxışov 2001-ci ilin aprelin 1-də Qobustanın Nardaran kəndində anadan olub.

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Cahangir 2020-ci ilin oktyabrın 9-u şəhid olub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!