Modern.az

Fatmayıda partlayış, iki nəfər xəsarət aldı - YENİLƏNİB

Fatmayıda partlayış, iki nəfər xəsarət aldı - YENİLƏNİB

Hadisə

Bu gün, 11:04

Bu gün saat 04:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın və kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

1950-ci il təvəllüdlü şəxsə (kişi) başın tüklü hissəsinin, üzün, boyunun, yuxarı ətrafların, gövdənin arxa səthinin və sağ ayağın II-III dərəcəli termiki yanığı, tənəffüs yollarının yanığı diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

1957-ci il təvəllüdlü şəxsə (qadın) üzün, hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Zəruri tibbi xidmət göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb.

 

***

09:25

Abşeron rayonu, Fatmayı kəndində evdə partlayış baş verib.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb. Hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış