Modern.az

Şair Qədiməli Əhməd vəfat edib

Şair Qədiməli Əhməd vəfat edib

Allah rəhmət eləsi̇n

14 Sentyabr 2026, 09:12

Yazıçı-publisist, şair Qədiməli Əhməd vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Qədiməli Mahmud oğlu Ağayev 1957-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub.

Bədii, elmi və publisistik yazıları müxtəlif illərdə “Bolluq uğrunda”, “Kənd soveti”, “Lerik”, “Azad təfəkkür”, “Qanun və zəka” və digər qəzetlərdə, eləcə də “Kənd əməkçisinin təqvimi”, “Təbiət”, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Məşəl”, “Yazı” və başqa jurnallarda dərc olunub.

Qədiməli Əhməd səkkiz kitabın və əlliyə yaxın elmi-publisistik məqalənin müəllifidir. “Hara tələsirsən, durna qatarı”, “Tənha kölgə”, “Dünyamın dünyası” kimi şeir və poemalar kitabları, həmçinin “Bəyaz saçların yaşıl işığında” və “Elm və zəka işığında” adlı publisistik əsərləri var.

Şair Xalid Mahmudun atasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?