15 Dekabr 2020, 18:00 | Ana Səhifə - Yazılar - Tumançaq missiya...
Tumançaq missiya...

Qəzənfər Həmidoğlu

Rusiyaya tuş gələn ölkələr kədərli təcrübələrindən üç qənaət hasil edirlər:

 

  • Ruslar abdal, özündənrazı və hətta əbləh görünə bilərlər, amma onların yoluna çıxana dua etməkdən başqa çarə yoxdur (Çörçill)
  • Rusiya ilə düşmənçilikdən daha pisi onunla dostluqdur.
  • Rusiya ilə istənilən saziş onun imzalandığı kağıza dəyməz (Bismark).

 

Bunu yaddaşının bir küncündə hifz edən Rusiya ilə öz oyun düsturunu qurmağa ümid edə bilər...


Əvvəlcədən gözlənilirdi ki, Rusiya Qarabağda ənənəvi yekəbaş, köntöy və nataraz "sülh" taktikası ilə yaxın məramına nail olmağa çalışacaq. Hədəf Şuşanı hansısa formada "anklav"a çevirmək üçün Qarabağın qəlbinə gedən yolda (Xocavənd, Hadrut və Laçın istiqamətində) əngəllər yaratmaq, bu yerləri tam nəzarətə götürmək idi. Axı Şuşanı işğaldan azad edərkən, İrəvana vurulan qapazdan Moskvaya da pay düşmüşdü.

Rusiya missiyası təxribatına düşmən Kəlbəcəri boşaltdıqdan dərhal sonra başlamış və Zəfər paradına doğru ağını çıxarmışdı. Paraddan isə elə hikkələndilər ki, şüşə dükanına girmiş filə döndülər. Ruslar adətən qələt edir və boyunlarına almırlar. Bu, Rusiyaya İvan Qroznıdan miras qalıb. Bolşeviklərin də mükəmməl taktikası idi, amma Putin kitabını yazdı...

Amma bu dəfə səhv etdilər, xəritə məsələsi kor gözünə barmağım - yəni, təxribatı etiraf etmək oldu.

Azərbaycan itkilər vermək hesabına olsa da, bur-iki gün dözdü və Rusiyanı təxribat üstündə yaxaladı.

Ruslar sanki podiumda tumansız qaldılar.

Və ayıblarını örtmək üçün rus hərbi kontingentinin başçısı Rüstəm Muradov öz təyyarəsi ilə Dilqəm Əsgərovla Şahbaz Quliyevi Bakıya gətirməli oldu.

Belə görünür ki, rus ayısı Qafqazda hələ çox "tumançaq" qalacaq...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Rusiya səfirliyi Azərbaycana başsağlığı verdi 1 Dekabr 2021, 10:16 “Turist”in sahibinə cinayət işi açıldı 1 Dekabr 2021, 10:13 ABŞ Azərbaycana başsağlığı verib 1 Dekabr 2021, 10:09 Türkiyəli həkim böyrək xərçənginin müalicə yollarını AÇIQLADI 1 Dekabr 2021, 10:05 Toyda CƏRİMƏLƏNƏNLƏR 1 Dekabr 2021, 10:00 “Pfizer” “Omicron”dan da QORUYUR 1 Dekabr 2021, 09:57 Nefti ucuzlaşmaqda davam edir 1 Dekabr 2021, 09:55 Beyləqanda polis GÜLLƏLƏNDİ 1 Dekabr 2021, 09:53 Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ 1 Dekabr 2021, 09:50 Tezliklə laçınlılar öz doğma yurdlarında yeni həyata başlayacaqlar 1 Dekabr 2021, 09:44 Ceyhun Bayramov İsveçə getdi 1 Dekabr 2021, 09:38 İlin ən yaxşı 10 futbolçusu - SİYAHI 1 Dekabr 2021, 09:32 Yevlaxda YANĞIN 1 Dekabr 2021, 09:26 Şamil Ayrımdan azərbaycanlı həmkarlarına başsağlığı 1 Dekabr 2021, 09:20 Xarici valyutaların manata qarşı məzənnələri 1 Dekabr 2021, 09:15 Borca görə 49 nəfər saxlanıldı 1 Dekabr 2021, 09:10 Cəbrayıla gedən yol asfaltlanır - FOTOLAR 1 Dekabr 2021, 09:06 Uğur Şahin “Omicron” ştammı ilə bağlı danışdı 1 Dekabr 2021, 09:00 Laçına su verildi 1 Dekabr 2021, 08:54 Şəhid Daşqının qardaşından ETİRAZ: “Nigar Qədəşova özünü reklam edir” 1 Dekabr 2021, 08:54 Avropa İttifaqının prezidentindən Ermənistanla Azərbaycana TƏKLİF 1 Dekabr 2021, 08:53 COVID-19 xəstələri SAXLANILDI 1 Dekabr 2021, 08:52 XİN-dən Laçının azad olunmasının 1 ili ilə bağlı PAYLAŞIM 1 Dekabr 2021, 08:49 Beyin xərçənginin SİMPTOMLAR 1 Dekabr 2021, 08:44 Aslan İsmayılovun oğlu tanınmış şahmatçı ilə evləndi - FOTO 1 Dekabr 2021, 08:36 “Fizika müəllimi” və cinayətkar dəstəsi ifşa edildi - FOTO 1 Dekabr 2021, 08:25 NASA astronavtlarının kosmosa çıxma tarixi məlum oldu 1 Dekabr 2021, 08:16 Bu insanlar üçün hava əlverişsiz olacaq -Proqnoz 1 Dekabr 2021, 08:10 Helikopterin qəzadan sonrakı vəziyyəti - VİDEO 1 Dekabr 2021, 07:55 Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi 1 Dekabr 2021, 07:49 Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58 Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?