Modern.az

Türkiyə gəmisi vuruldu: Ölən və yaralılar var

Türkiyə gəmisi vuruldu: Ölən və yaralılar var

Dünya

18 Sentyabr 2026, 01:11

Rusiya ordusu Rumıniya sərhədi yaxınlığında Türkiyəyə məxsus yük gəmisinə pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Modern.az xəbər verir ki, Rusiya ordusuna məxsus olduğu ehtimal edilən kamikadze PUA Türkiyə şirkətinə məxsus “M/V Mariam M” yük gəmisini hədəfə alıb.

Zərbənin təsiri nəticəsində gəminin üst quruluşunun və idarəetmə bölməsinin ciddi şəkildə dağıldığı qeyd olunur. İlkin məlumatlara əsasən, hadisə zamanı gəminin kapitanı həyatını itirib, 13 nəfər isə yaralanıb.

Hadisənin dəqiq səbəbləri və PUA-nın kimə məxsus olduğu ilə bağlı məlumatların araşdırıldığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir